|
“ Bakı Çinar Soyuducuları” ASC
Əvvəllər
Bakı soyuducular zavodu kimi tanınan, hazırda onun
bazasında yaradılmış “Bakı Çinar Soyuducuları”
ASC-nin əsası 1959-cu ildə qoyulmuşdur. Ötən
illər ərzində kiçik sex həcmində olan
istehsal genişlənərək Qafqaz regionunda məişət
soyuducuları üzrə ixtisaslaşmış yeganə
böyük sənaye müəssəsinə çevrilmişdir.
Ötən əsrin 60-cı illərindən başlayaraq
“Bakı”, “Kaspi”, “Xəzər”, “Abşeron” adı
altında məhsul istehsal etmişdir. Hal-hazırda
“Çinar” adlı soyuducular istehsal olunur. 1980-1990-cı
illərdə zavod ildə 320-360 min ədəd soyuducu
istehsal etməklə kəmiyyət və keyfiyyət
göstəricilərinə görə Sovetlər
birliyində soyuducu istehsalçıları arasında
ən qabaqcıllar sırasında olmuşdur. İstehsal
edilən məhsulun 50-60%-ni Avropa, Asiya və Latın
Amerikası ölkələrinə ixrac etmişdir.
Müəssisədə 20-25 il bundan əvvəl istehsal
olunmuş soyuducuların əksəriyyəti indi
də işlək vəziyyətdədir və bunu
alıcıların müəssisəmizə göndərdikləri
təşəkkür məktublarıda sübut edir.
Hazırda müəssisədə:
- Səmərəli həcmi 300 litr olan Çinar-111 2 kameralı soyuducunun aşağı temperaturlu kamerası 60 litr olmaqla -24_ tenperaturu təmin edir.
- Həcmi 280 litr olan Çinar-111 2 kameralı soyuducunun aşağı temperaturlu kamerası 48 litr olmaqla -24ºC temperaturu təmin edir.
- Həcmi 240 litr olan Çinar-247 1 kameralı
soyuducunun aşağı temperaturlu kamerası 30 litr olub -12ºC
temperaturu təmin etməklə
az təlabatlı məqsədlər
üçün nəzərdə tutulmuşdur.
- Həcmi 300 litr, hündürlüyü
180 sm olan şəffaf qapılı “Çinar 520” soyuducularının
kamerasında temperatur 0-8 təmin
edilir. Soyuducu vitrin tipli olaraq iaşə müəssələrində
sərinləşdirici içkilər, polufabrikat və
tərəvəz salatlarını saxlamaq üçün
nəzərdə tutulmuşdur.
- Həcmi 300 litr, hündürlüyü 200 sm olan şəffaf qapılı “Çinar 524” soyuducusu “Çinar 520” ilə eyni xarakteristikaya malikdir.
İstehsal olunan soyuducuların konsturuksiyalarında müasir dizayn və dəbdə olan xüsusiyyətlər nəzərə alınmışdır. Bütün işçi hissələrin zəruri hallarda dəyişdirilməsi və təmiri sadədir. Satılan məhsula 3 il müddətində zəmanət verilir və təminatlı servis xidməti fəaliyyət göstərir. Bütün ehtiyyat hissələrini 15-20 il müddətində zavoddan almaq və ya sifariş vermək mümkündür.
İstehsal prosesində soyuducu sanayesində istifadə olunan ən keyfiyyətli materiallar və komplektləşdirici hissələr Almaniya, Fransa, İtaliya, Türkiyə və digər qabaqcıl ölkələrdən gətirilir. Sexlərdə quraşdırılmış ABŞ, Almaniya, İtaliya, Macarıstan istehsalı olan avadanlıqlar müasir tələblərə cavab verir.
Müəssədə soyuducu texnologiyasında
yüksək biliyə malik ixtisaslı, bu sahədə
böyük təcrübə qazanmış mühəndis,
konstruktor və texniki işçilər soyuducuların
təkmilləşdirilməsini, uzun ömürlülüyünü
təmin etmək və istehlakçıların təkliflərini
araşdırıb istehsala tətbiq etmək istiqamətində
fəaliyyət göstərirlər.
Müəssisənin geniş, müasir avadanlıqlarla təciz olunmuş istehsal, alət, mexaniki təmir sexləri, böyük ərazisi vardır.
Hazır məhsulların sınaqdan
keçirilməsi, qablaşdırılması, dəmir
yolu vaqonları və yük avtomobillərinə yüklənməsi
üçün anbara verilməsi tam mexanikiləşdirilmişdir.
Mərkəzi dəmir yolu stansiyası ilə müəssisəni
birləşdirən dəmir yolu xətti vaqonları
daşımaq üçün xüsusi teplovozu vardır,
avtomobil yolları münasibdir.
İstehsal və inzibati sahələrin
işin təmin edən elektirik, su, qaz xətləri
və transformator stansiyaları təlabatı ödəyir.
|