|
Əvvəllər Bakı soyuducular
zavodu kimi tanınan, hazırda onun bazasında yaradılmış
“Bakı Çinar Soyuducuları” ASC-nin əsası
1959-cu ildə qoyulmuşdur. Ötən illər ərzində
kiçik sex həcmində olan istehsal genişlənərək
Qafqaz regionunda məişət soyuducuları üzrə
ixtisaslaşmış yeganə böyük sənaye
müəssəsinə çevrilmişdir. Ötən
əsrin 60-cı illərindən başlayaraq “Bakı”,
“Kaspi”, “Xəzər”, “Abşeron” adı altında
məhsul istehsal etmişdir. Hal-hazırda “Çinar”
adlı soyuducular istehsal olunur. 1980-1990-cı illərdə
zavod ildə 320-360 min ədəd soyuducu istehsal etməklə
kəmiyyət və keyfiyyət göstəricilərinə
görə Sovetlər birliyində soyuducu istehsalçıları
arasında ən qabaqcıllar sırasında olmuşdur.
İstehsal edilən məhsulun 50-60%-ni Avropa, Asiya
və Latın Amerikası ölkələrinə
ixrac etmişdir. Müəssisədə 20-25 il bundan
əvvəl istehsal olunmuş soyuducuların əksəriyyəti
indi də işlək vəziyyətdədir və
bunu alıcıların təşəkkür məktublarıda
sübut edir.
Hazırda müəssisədə:
- Səmərəli həcmi 300 litr
olan Çinar-111 2 kameralı soyuducunun aşağı temperaturlu
kamerası 60 litr olmaqla -24_
tenperaturu təmin edir.
- Həcmi 280 litr olan Çinar-7MS 2 kameralı soyuducunun aşağı temperaturlu kamerası 48 litr olmaqla -24ºC temperaturu təmin edir.
- Həcmi 240 litr olan Çinar-427 1 kameralı soyuducunun
aşağı temperaturlu kamerası 30 litr olub -12ºC
temperaturu təmin etməklə az
təlabatlı məqsədlər üçün
nəzərdə tutulmuşdur.
- Həcmi 300 litr, hündürlüyü
180 sm olan şəffaf qapılı “Çinar 520” soyuducularının
kamerasında temperatur 0-8 təmin
edilir. Soyuducu vitrin tipli olaraq iaşə müəssələrində
sərinləşdirici içkilər, polufabrikat və
tərəvəz salatlarını saxlamaq üçün
nəzərdə tutulmuşdur.
- Həcmi 300 litr, hündürlüyü 200 sm olan şəffaf qapılı “Çinar 524” soyuducusu “Çinar 520” ilə eyni xarakteristikaya malikdir.
İstehsal olunan soyuducuların konsturuksiyalarında
müasir dizayn və dəbdə olan xüsusiyyətlər
nəzərə alınmışdır. Bütün
işçi hissələrin zəruri hallarda dəyişdirilməsi
və təmiri sadədir. Satılan məhsula 3 il müddətində
zəmanət verilir və təminatlı servis xidməti
fəaliyyət göstərir. Bütün ehtiyyat
hissələrini 15-20 il müddətində zavoddan
almaq və ya sifariş vermək mümkündür.
İstehsal prosesində soyuducu sanayesində istifadə olunan ən keyfiyyətli materiallar və komplektləşdirici hissələr Almaniya, Fransa, İtaliya, Türkiyə və digər qabaqcıl ölkələrdən gətirilir. Sexlərdə quraşdırılmış ABŞ, Almaniya, İtaliya, Macarıstan istehsalı olan avadanlıqlar müasir tələblərə cavab verir.
Müəssədə soyuducu texnologiyasında
yüksək biliyə malik ixtisaslı, bu sahədə
böyük təcrübə qazanmış mühəndis,
konstruktor və texniki işçilər soyuducuların
təkmilləşdirilməsini, uzun ömürlülüyünü
təmin etmək və istehlakçıların təkliflərini
araşdırıb istehsala tətbiq etmək istiqamətində
fəaliyyət göstərirlər.
Müəssisənin geniş, müasir avadanlıqlarla təciz olunmuş istehsal, alət, mexaniki təmir sexləri, böyük ərazisi vardır.
Hazır məhsulların sınaqdan
keçirilməsi, qablaşdırılması, dəmir
yolu vaqonları və yük avtomobillərinə yüklənməsi
üçün anbara verilməsi tam mexanikiləşdirilmişdir.
Mərkəzi dəmir yolu stansiyası ilə müəssisəni
birləşdirən dəmir yolu xətti vaqonları
daşımaq üçün xüsusi teplovozu vardır,
avtomobil yolları münasibdir.
İstehsal və inzibati sahələrin
işin təmin edən elektirik, su, qaz xətləri
və transformator stansiyaları təlabatı ödəyir.
|